- Ali təhsil üzrə hüquqi və normativ çərçivənin nəzərdən keçirilməsi və Azərbaycan Kvalifikasiyalar Çərçivəsinin keyfiyyətin təminatı və ali təhsil hissələrinə dair qanunvericiliyinin muvafiq qaydada uyğunlaşdırılması məqsədilə konkret tövsiyələrin verilməsi;
- AATM üzrə müsbət praktika nümunələri əsasında Təhsil Nazirliyi və müvafiq tərəf müqabillərinin koordinasiya və şəbəkələşmə potensialının artırılması;
- AzKÇ-nin ali təhsil üzrə hissələrinin ali təhsil müəssisələri ilə birgə AATM KÇ-nə uyğun hazırlanması. Ali təhsil çərçivəsinin bütövlükdə icrası üçün yol xəritəsinin hazırlanması;
- Azərbaycan ali təhsilində keyfiyyətə təminat üzrə standart və təlimatların Avropanın müvafiq standart və təlimatlarına uyğun hazırlanması və üç ali təhsil müəssisəsində sınaqdan keçirilməsi.
![](http://ehea.edu.az/upload/Image/2016-03-24%2016-27-06%20Homepage%20contents2.png)
Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.